Sənsiz ölərəm demə...
37, Baku, Aserbaidžaan

Sənsiz ölərəm demə.

Mənim həyatımsan, sənsiz hər şey mənasız... demə

Səni görməyəndə, səsini esitməyəndə dəli oluram... demə

Ölərəm səndən ötrü demə

Demə... heç nə demə...

Çünki bu sözlər aşiq olmuş ürəyinin ən gizli guşələrindən qeyri-ixtiyari olaraq axıb gəlsə də, həqiqət deyil. Hətta hər səs, sözlərin özü və mənası səmimi, saf olsa da, həqiqət deyil. Sevgi sözlərdə təzahür etmir. Onu cismani şəkildə, fiziki bir təsir kimi hiss etmək mümkün. Sevən insanı baxışından tanıyırsan – o, sanki uçur, içindəki nur baxışlarından ətrafa süzülərək bəlkə də Kainatla rezonans yaradır, kim bilir... Axı, deyirlər ki, bütün fiziki proseslərin kökündə dalğalar dayanır, bəlkə sevgi hissi də bizim dərk edə bilmədiyimiz nur dalğasıdır?

Bəs niyə nakam sevgi, qarşılıqsız məhəbbət var? Bəlkə heç belə anlayış yoxdur? Axı hər hüçeyrəsi nurla, könlü fərəhlə dolu bir insanı sevməmək mümkün deyil... Axı mən səni sevirəmsə, sən də məni sevməlisən, bəs niyə sevmirsən...

Əslində “mən səni sevirəmsə, sən də məni sevməlisən” kimi bir öhdəlik yox insanlar arasında. Əgər səni sevmirlərsə, demək, sənin sevgin də yanlışdır, sən nəsə fərqli hissləri sevgi adına özünə və başqasına sırıyırsan. Çünki sevən adam ətrafında görünməz nur sahəsini, aurasını yaratmırsa, demək onun milyonlarla sözlərinin, minlərlə hədiyyələrinin, yüzlərlə göz yaşlarının zərrə qədər də mənası yox...

Əgər “məni atma, sənsiz ölərəm” deyirsənsə, sevmirsən, çünki zorən aşiqlik olmur, hisslərdən sədəqə ummurlar.

Əgər “sən mənim olacaqsan!” deyirsənsə, sevmirsən, çünki gözlərindəki yırtıcı parıltı sevgidən yox, özünü alçalmış sayan erkəkliyindən xəbər verir.

“Sən mənim hisslərimi dəyərləndirmirsən”... bundan gülməli və əcayib narazılıq ola bilərmi? Hisslər bazarda satılmır ki, dəyəri də olsun. Və kimin sevgisi daha dəyərli, vəzndə yüngül, qiymətdə ağırdır? Bunu hansı tərəzi ilə ölçüb demək olar?

Və nə qədər gözəlürəkli, mehriban adam olsan da, istənilən qurbanlarla razılaşsan da, sənin yanında sevgilin özünü pis hiss edirsə, gülmək əvəzinə ağlamaq istəyirsə, sevirəm sözünü dilinə gətirmə...

Sus...

Bu yazini bir saytda gordum ve istedim siz de goresiniz ve fikirlerinizi bildiresiniz...

59 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.