14.09.2013
gedecem
37, Азербайджан

Əlvida demədən çıxıb gedəcəm.---Bir daha qarşına çıxa bilmərəmSon dəfə əlini sıxa bilmərəmSənin gözlərinə baxa bilmərəmƏlvida demədən çıxıb gedəcəm.---Dərdi yeni sinəmdə ürəkmi qaldıSən getdin nəysə deməkmi qaldıDaha əlvidaya gərəkmi qaldıƏlvida demədən çıxıb gedəcəm.---Sevməyim, unudum, neyləyim axı?Budur taleyimin acı sınağıVallah bacarmiram vidalaşmağıƏlvida demədən çıxıb gedəcəm.---Nə deyim əlvida gəlmədi diləQayıtma getdinsə sən bilə-biləMəndən incisən də, küsən də beləƏlvida demədən gedəcəm.---Bəlkə qarşılaşdıq hərdən səninləMənimlə üz-üzə, göz-gözə gələsənSən mənə əlvida deyəcəksən, mənƏlvida demədən çıxıb gedəcəm.

2 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут