Avtobus mədəniyyəti" - əslində belə anlayış mövcüd deyil sadəcə mən qısaca olaraq belə adlandırdım mövzumuzu..
Gəlin formal ad daşıyan "avtobus mədəniyyətimizi" müzakirə edək..
"Qışqıra-qışqıra danışıq"
Marşurtda getdiyimiz yerdə kiminsə telefonu zəng çalır. Sağ olsunlar,
bütün söhbətlərini dinləməyə məcbur oluruq. Niyə qışqırırlar onu da bu
yaşımıza qədər anlamadıq. Yani sakit danışmaq bu qədərmi çətindir?
Sərnişinlərə 20 qəpik gözü ilə baxan sürücülər..
Hələ bizə iyirmi qəpik kimi baxan sürücülərdən danışmıram ( bu ifadə
hər sürücüyə aid deyil) Görəsən nə vaxt dərk edəcəklər ki, biz 20 qəpik
deyilik, canlıyıq. Həm də döyünən ürəyimiz var. "Mağazadan" sürücülük
vəsiqəsi alanların sayəsində o ürək nə qədər döyünəcək orası da qaranlıq
qalır..Bəzən 1 dəqiqə gecikməsinlər deyə avtobusu elə sürürlər ki,
sanki sükan arxasında sərnişin daşıyan sürücü yox təkər qaldırmaq
istəyən avtoş oturub..
Elə mədəniyyətsiz sərnişinlərimiz də yetəri qədərdi..
Mədəniyyətdən xəbərsizlər yalnız "sürücülər" deyil. Elə biz
sərnişinlərin arasında da belələri az deyil. Sanki atasının şəxsi
maşınında gedirmiş kimi kobud şəkildə avtobusu saxlatdıran kim, pulu
atıb düşən kim, bir azca səhv yerdə saxladımı üzr istəyirəm söyüb düşən
kim... bu qədər düşüncəsiz olmağa məcbursuz?
Aktyorluq sənəti bəziləri üçün elə avtobusdan başlanır..
Sonra keçək özünü yatmış kimi göstərən "oğullara" və sanki özündən
böyüklərə yer vermək yalnız oğlanlara aidmiş kimi əyləşən "xanımlara" .
Həmin "oğullara" da halal olsun hər adamın işi deyil sənətin aktyor
olmadan aktyorluq etmək. Və "xanımlar"... Axı harada yazılıb ki, yalnız
oğlanlar yer verməlidir?! Əgər kimisə ayaqüstə görürsənsə (yaşda böyük
insanı) xanımqız, bəlkə, zəhmət çəkib qalxasız?!
"Basabasdan istifadə edən əxlaqsız oğlanlar"
Düzünü desəm, bu haqda yazmaq bir xanım kimi mənə olduqca utanc
vericidi..Səbəb isə pik vaxtlarda, marşurtda camaatın sıx olduğu zaman
bundan istifadə edib qızlara, qadınlara dəyən oğlanların
hərəkətləridir..Görəsən həmin əxlaqsız oğlanların anaları, bacıları, bir
sözlə doğmaları marşurtla getmir ? Bunu başa düşən məncə bu hərəkəti
etməz..
Yeri var beyenildin ))
twk
"Basabasdan istifadə edən əxlaqsız oğlanlar"
AMMA BEZI XANIMLARIN DA XOSHUNA GELIR BELE HEREKETLER.
ola biler
neceb bele qizlardan bir cumle yazmamisiz?
sen yazdindaaa
HE DUZDE. MOVZUNA QUVVET VERDIM. :)
bildimde