sen menimsen mende senin .....
37, Əzizbəyov, Азербејџан

Sən Mənimsən, Mən də Sənin...Biz söz verib əhd etmişik,Sən mənimsən, mən də sənin,Bu sevgiyə and içmişik, Sən mənimsən, mən də sənin.---Bir Günəşsən taleyimdə,Bir umidsən diləyimdə,Yazılıbdır Ürəyimdə,Sən mənimsən, mən də sənin.---Sənsən arzum, istəyim də,Sabahım, gələcəyim də,Pıçıldayır Ürəyim də,Sən mənimsən, mən də sənin.---Hicran gəlir, sınanıram,Həsrətinlə hey yanıram,Gülüm, sənə inanıram,Sən mənimsən, mən də sənin.---Gör nə deyir dəli Ürək,Bir yerdə ağlayaq, Gülək,O Gün olsun deyə bilək,Sən mənimsən, mən də sənin !!...

27 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes