ONA DE KI........
37, Baku, Aserbaidžaan

ONA de ki


ONdan soruş baxaq;
Ən çox nə əskik qaldı, bilirmi ? Hərçənd mən bilməsini gözləmirəm. Məni anlamasını gözləmədiyim kimi. Mənimki gecikmiş bir vida ya da səhv başa düşülmüş bir eşqə heç cür qoyula bilməyən nöqtə, nöqtə, nöqtə.

ONun üçün bərabər gəlirsə əgər, iki sözün arasına sığışdır söyləyəcəklərimi.
"Mənə peşman olacaq qədər belə zaman tanımadı."
Halbuki hər insan geriyə dönüb baxdığında "Görəsən?" sualını soruşmaq istər... Səhv edib etmədiyini kiçik bir zaman aralığında mübahisə etmək gərəyini hiss edər... İçindən çıxa bilmədiyi vəziyyətlərlə qarşılaşdığı anlarda bir müddət üçün "qaçma haqqını" istifadə etmək üçün ağ yalanlar söyləyər... Mən bunların heç birini edə bilmədim. Edəcək zaman tapa bilmədim. Bəlkə buna görə bu gün mən yalnız "yaxşı olub" deyə bilirəm. Yanılmadığımı , səhv etmədiyimi düşünə bilirəm. Bu qədər haqlı çıxmaq insana peşman olma fürsətini tanımır. İnsan peşman ola bilməyincə də "bi daha" deyə bilmir. Ayrılıq, ( "vaxtsız" olunca ) bütün ağırlığını çiyin başına buraxır.

Eşqə bir dəfə aldandım, bir daha aldanmayacağam.
Səhv anlamasın əsla.. İstəsə də, istəsəm də , istəsək də heç bir zaman geri dönməyəcəyəm. Niyyətim üzr istəmək deyil, əfv etmək heç deyil...
Mənimkisi köhnə bir dostdan bir "həyat məhkumunun" son istəkləri, o qədər..
Onun səsini eşitmək istəmirəm, bir daha zəng etməyəcəyəm.Üzünü onsuz da görməyəcəyəm. Bitib gedənlərin ardından artıq mən də kədərlənə bilməyəcəyəm.
Gəlsin məndə qalan son parçasını, çantasını alsın, kürəyindəki çamadanına yüklədiyi yalan həyatlarla uzaqlara qaçsın.

ONA dekı;


Mən onu xülyalarımda yaşadacağam. Səssizliyimdə avaz avaz adını qışqıracağam. İllər sonra bir gün qarşılaşdığımızda uzun uzun üzünə baxarkən utanmayacağam. İzlərini daşıyan məzar daşı , baş küncümdə dayanır. Amma ayrılmaq hər vaxt unutmaq mənasına da gəlmir. Gözləri hələ gözlərinə dəyir, əllərim havada boşluğu uzanan ümidləri tutur. Xoşbəxt deyildim, xoşbəxt deyiləm, olmayacağam. Maraqlanmasın tərsini düşünüb , özünü üzməsin. O xoşbəxt isə təbrik edirəm. Xoşbəxtliyinin davamını diləyirəm. Amma bunu da bilməsini istəyirəm ;

ONUN üçün o qədər çox darıxdım ki
Qucaqladığımda ağlayacam
Qulağına səssizcə SƏNİ SEVİRƏM
pıçıldayacam....

21 vaatamisi
 
Kommentaarid
Azikj 29.01.2010

Cox sagol gozel.tewekkurler

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.