Həyat, sən nə şirinsən.
41, Baku, Aserbaidžaan

Bəxtiyar Vahabzadə

Həyat, sən nə şirinsən, ancaq hamının deyil

Sən həyatın qədrini yalnız bilənlərinsən.

 Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış,
Ömür paylanan zaman görün kimə nə düşdü,
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

İki yüz il yaşadı ləzzət içində loğman,
Yenə möhlət istədi ölürkən allahından.
Yatırdı göy çəməndə yetdi ona əzrail,
Söylədi: “ İki yüz il ömür sənə bəs deyil,
Mən canını almağa gəlmişəm, nə sözün var?”
Loğman dedi: “Sözüm yox, aldığını gəl apar,
Ancaq mənə macal ver bircə anlıq əcəldən,
Gəl canımı burda yox, o çəmənlikdə al sən.”
Əzrail razılaşdı, ayağa qalxdı loğman,
Yeridi, daş asıldı ancaq ayaqlarından.

Asta-asta yeriyib çatdı dediyi yerə,
Loğman baxdı göylərə, loğman baxdı yerlərə.
Bu son baxışı ilə üstündə iki yüz il
Yaşadığı cahanla vidalaşdı elə bil.
Özü vidalaşsa da, gözü qaldı cahanda.
O, düşündü bu anda, ömrümü verdim bada,
Nə görmüşəm dünyada bu dünyaya gələndən,
Ah, elə bilirəm ki, dünən doğulmuşam mən.
Loğmanın gözü bu an bir gülə dəydi durdu,
Ürəyini quş kimi gülə doğru uçurdu.
Ah, onu kim üzəcək, bircə biləydim dedi,
O gülü də iyləyib sonra öləydim dedi.
Ancaq... ancaq nə fayda, yetişmiş artıq əcəl.

Loğman dedi: “Hazıram, al canımı indi gəl.”
Əzrail dedi: “Ancaq agah eylə məni sən,
Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən.
Neyçün məni qoymadın orda alım canını?”
Loğman dedi: Həyatın şirin olur hər anı.
Ordan bura gəlincə bir az ömür qazandım,
Onu da bu dünyada özümə fayda sandım.”

Qoca öldü, dedilər, yaranan bir gün ölər.
Nəvələri çəməndən həmin gülü üzdülər,
Qocanın qəbri üstə qoydular, titrədi gül,
Gülün ətriylə boyandı bütün çayır, bütün çöl.
O ətriylə saxladı yolçuları yolundan,
Torpağın altındasa bunu duymadı loğman.

Həyat, sən nə şirinsən, ancaq hamının deyil,
Sən həyatın qədrini yalnız bilənlərinsən. 

Şeri tam deyil, yalnız yadımda qalan hissəsini yazdım. Məktəb yaşlarımdan bu şer çox diqqətimi çəkib və yaddaşıma həkk olunub.



 

23 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.