28.10.2011
seirler
35, Baku, Aserbaidžaan

Ramiz Rovsen AYRILIQ

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,

- Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı,

- Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki,

- Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin, bu ayın, bu günündəki,

Elə bu küçənin bu tinindəki

məni də, səni də öldürdük onda. ...

Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz, ömründə min yol

Özünü öldürən adamlar keçir.

Keçir öz qanına qatan adamlar,

Bir də ki, qan hanı? Qan axı yoxdu.

Hamı günahkardı dünyada, amma

Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində ögey analar

Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız, anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan, bacımsan, nənəmsən, nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza, nə yol, nə körpü.

Ölüsən, dirisən, hər nəsən, dayan!

Dayan, heç olmasa əlindən öpüm...

Deyirsən: "Ölüyəm, ölünü öpmə.."

Əlimin içində, soyuyur əlin.

Deyirsən: «Sən allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir..»

ROVSEN RAMIZ QARA PALTARLI QADIN

Kişilər bir olmur atam balası

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dunyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını

Qəbrində qurcalanıb,deyəcəksən:

ilahiİllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,Nə gözünü silmişəm.

Gözlərimə batır indi saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm

İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,

Yumruğuyla döysə-döysə yaxşıdı.

Qəbrimin üstündə ağlamaqdansa,Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,

Kiri-kiri,qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridir.

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama...

NUSRET KESEMENLI SEN MENIM UREYIM OLA BILMEDIN

Nə acı qismətmiş nə acı bir bəxt

Ömrümdə üç ay da qala bilmədin

Mən sənə ürəyim demişdim bir vaxt

Sən mənim ürəyim ola bilmədin.

Özü yıxılanlar ağlamaz daha

Üstümə göz yaşı sıxma sən

Allah Bu eşqin astarı üzündən baha

Daha yollarıma çıxma sən Allah.

Soyuq işartılar aldatdı səni

Alışa bilmədin odumda mənim

Adın uca olsun demişdim sənə

Adın çoxdan çıxıb yadımdan mənim.

Amasız dalğalar qucağında bil

Avarsız,sükansız qayıq deyilsən

Yandır məktubumu yandır sən allah

Sən o məktublara layiq deyilsən.

Ötəri sevdalar qatdı başını

Vədəsiz tökülən yaşına yazıq

Başını uca tut demişdim sənə

Gözümdə alçalan başına yazıq.

Bu necə qismətmiş bu necə bir baxt

Ömrümdə üç ay da qala bilmədin

Mən sənə ürəyim demişdim bir vaxt

Sən mənim ürəyim ola bilmədin

BEXTIYAR VAHABZADE BIR SALAMA DEYMEDI

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı deyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop ey tufan, əs ey yel!

Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət,

bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi. Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kesmədi?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

NUSRET KESEMENLI SENDEN SORA

Özünlə aparmısan günlərimin rəngini,

Kədər mənə bənzəyir, qəm kövrəlib sən kimi.

Indi başa düşmüşəm sənsiz hər şeyim hədər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər.

Sevgi dolu baxışlar şəklindən baxır mənə,

Dönəcəksən bilirəm, sən əvvəl – axır mənə.

Mən elə bilirdim ki, hər şey soyuyub gedər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər.

Içimdə tufan kimi çağlayır xatirələr,

Göz yaşlarım qurumur, ağlayır xatirələr.

Mən kədərdən doymuşam, məndən doymayır kədər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər.

O qədər yaxın ikən, bu qədər uzaq olduq,

Yorulduq bu sevgidən, biz yarı yolda qaldıq,

Mən əzablar içində, sən özün məndən betər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər.

68 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.