19.01.2017
İYRƏNİRƏM
30, Yasamal, Aserbaidžaan

Baxıram mən sənə hərdən o qədər iyrənirəm,

Sənlə qaldıqım şəhərdən o qədər iyrənirəm..

Hara baxsam səni görrəm hara getsəm yenə sən,
Açılan sübhi-səhərdən o qədər iyrənirəm...

Qarşilaşsaq demə ki,söylə neyləmişəm sənə,
Verdiyin qüssə-kədərdən o qədər iyrənirəm..

Nədir eşq söyləsənə bircə denən açmasını,
Düşünüb düşüncələrdən o qədər iyrənirəm..

Sənə kaş anlada bilsəm bu könül sevdasını,
Sözümün bitdiyi yerdən o qədər iyrənirəm..

Mənə zərgər dedilər dərdimi heç sormadılar,
Nə qədər diyimki zərdən o qədər iyrənirəm..

Dənizin seyrinə çıxdım ki,bir az dərim nəfəs,
Adam udmuş o Xəzərdən o qədər iyrənirəm..

Elə yaz şeirini şair xiridar söyləməsin,
Süleymanam mən,bu əsərdən o qədər iyrənirəm..

0 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.