SEVGİ HEKAYƏSİ
30, Yasamal, Aserbaidžaan

Qar veribmiş mənə seçim

Ya həyatnan güləşim ya ölümə keçim
Qış yuxusundan istiləşdi bədənim
Razılaşdı uduzdu sakit canım
Ancaq səmadı və ağacların budaqları
Məni görən eşidən və pıçıldayan
Yadında de neçənci günüydü
Payız fəsli yarpqlar uyurdu
Bir qızı gördüm qonşu məhlədə
O günnən canım islandı bəla dənizində
Qızı sevdim peşman deyiləm indiyə qədər
Həmin ləpələri qızda mənə edər
Gizlin görüşlər aramızda qalırdı pərdə
Gəlirdim məhləsinə gecədə səhərdə
Bildim o zaman var imiş bir oğlan
Məhəbbətimə bais olan oğlan
Mən bir quliydim qızdaki sultan
Qız şərabiydi mən onu udan
Qızın məhləsində qalan bir cail oğlan
İsdiyirdi olsun bu qızı alan
Bizi bir yerdə görüb və qısqanan
İki göz arasında alovu söndürüb son qoyan
Xəncərnən vuran qar yağma dayan
Görüşə yubanıram canım məni gözdiyən
Bilmirəm qar olub qırmızı aldığım güldən
Yoxsa məni tərk edən axılan qandan
Zərbəm dəyir bir yandan
Ruhum çıxır donub qalmış cannan
Ürəyimdə qaynar buna görə əriyir qar
Üzümzə gələn bahar olsun sənə yadigar
Mən ölüb gedirəm heç nəyim qalmayıb
Sənə olan sevgim heç vaxt solmayıb
Bunu bilki səni sevirəm
Əlvida sevgilim mən gedirəm

8 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.