Ali-Səud rejiminə qarşı etirazlar səngimir
49, Moskva, Venemaa

Səhər TV--Ərəbistanın şərqində yerləşən Qətif vilayətinin sakinləri hakim rejimə qarşı dinc aksiyalar keçiriblər.
Əl-Aləm telekanalının verdiyi məlumata əsasən , Ərəbistanın Qətif vilayətinin sakinləri cümə günü, son etirazlar zamanı həlak olmuş şəxslərə sadiq olduqlarını və siyasi məhbuslarla həmrəyliklərini elan etmək, habelə Ali-Səud rejiminin zorakılıq siyasətlərinə etiraz məqsədilə aksiya keçiriblər.
Aksiya iştirakçıları Ali-Səud rejiminə qarşı şüarlar səsləndirərək son günlər Qətif vilayətində həlak olan şəxslərin qatillərinin mühakimə edilməsi habelə, bütün məhbusların sərbəst buraxılmasını tələb ediblər.
Ərəbistanın şərq vilayətləri, xüsusilə Qətif şəhəri artıq bir neçə aydır ki, xalq etirazlarının şahididir və Ərəbistan qüvvələri kəskin şəkildə müxaliflərini repressiya edirlər.

0 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.