Nəsrulla: İsrailin işğal cəhdi Ərəb dünyası üçün təhqirdir
49, Moskva, Venemaa

Səhər.TV—Livan Hizbullahının baş katibi sionist İsrail rejiminin İordan çayının qərb sahilində daha artıq ərazilərin işğal edilməsi üzrə səylərinə işarə edərək, bunu Ərəb dünyası və Ərəb Liqasının iclası üçün bir növ təhqir adlandırıb.
Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrulla Beyrutun cənubunda Zahiyə məntəqəsində etdiyi çıxışı zamanı "Vətən Günü"nə işarə edərək, dedi: Bu gün Fələstin və Qüds günlərindəndir. Bu gündə fələstinli qardaşlarımız istər Fələstində olsun, istərsə də digər ölkələrdə öz həmrəyliklərini nümayiş etdirmək üçün yürüşlər təşkil edirlər.
Livan Hizbullahının baş katibi daha sonra dedi: İşğalçılar və onlarla əməkdaşlıq edənlər Fələstin xalqından və bizim xalqımızdan istəyirlər ki, Fələstini unudaq. Amma, bir çox səbəblərə görə, Fələstin məsələsini diqqət mərkəzindən yayındıra bilməyəcəklər. Bu amillər arasında ilk yerdə duran isə müqavimət amilidir ki, Fələstin məsələsini bu günə kimi gündəmdə saxlayıb. Və bu mövzuya son qoymaq istiqamətindəki bütün səyləri uğursuzluğa uğradıb. Baxmayaraq ki, bu yolda yüz milyardlarla dollar vəsait xərclənib.
Seyid Həsən Nəsrulla çıxışının davamında Suriyaya hərbi müdaxilə ehtimalı haqda dedi: Ötən aylar ərzində Suriyaya hərbi müdaxilə ehtimalı ciddi təhlükə sayılırdısa, artıq bu məsələ tamamilə öz əhəmiyyətini itirib və ya ən azı azalıb.
Livan Hizbullahının baş katibi daha sonra dedi: Suriyanın daxili vəziyyətini nəzərə alaraq, digər ölkələr də öz baxışlarına düzəliş etdilər və Suriyadakı silahlı müxalifət qruplaşmaları hökuməti devirməyə qadir deyillər.

1 vaatamisi
 
Kommentaarid
jale--85 02.04.2012

Allahun Meselli ela Muhammedin ve Ali Muhammed ve eccul-ferecum

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.