Beytül-Müqəddəsə doğru beynəlxalq yürüşün media tərəfindən dəstəklənməsi istənilib
49, Moskva, Venemaa

(Səhər TV)—Qüdsə Kömək Fələstin İnformasiya qurumu ərəb və qeyri-ərəb medialarını 30 martda Torpaq Günü ilə yanaşı keçiriləcək "Beytül-Müqəddəsə" doğru beynəlxalq yürüşü tam və fəal şəkildə əks etdirməyə çağırıb.

Əl-İntiqad potalının məlumatına görə Qüdsə Kömək Fələstin İnformasiya qurumu bu gün bir bəyanatda ərəb və qeyri-ərəb medialarından "Beytül-Müqəddəsə" doğru beynəlxalq yürüşü geniş şəkildə əks etdirərək bu günü tarixi bir günə çevirmələrini istəyib.

Bu bəyanatda media nümayəndələrindən istənilib ki, yəhudiləşdirmək, şəhərcik salmaq, müsadirə və dağıdılmaqla üzləşən Qüds məsələsini xatırlatmaqla bu barədə ümumi fikri məlumatlandırsınlar.

Qüdsə Kömək Fələstin İnformasiya qurumu İran İslam Respublikası, onun media qurumları, eləcə də Fələstin, Livan və Suriyada müqaviməti dəstəkləyən mediaları Qüdslə əlaqədar məlumatları işıqlandırdığına görə alqışlayıb.

4 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.