ABS-da ereb bahari
49, Moskva, Venemaa

Nyu-Yorkda İşğal Hərəkatı fəalları yenidən aksiyalara başlayıblar

(Səhər TV) – Amerikada İşğal Hərəkatının fəalları bir daha Nyu-York Birja Bazarı qarşısında aksiya keçirib, bu ölkədəki özəl şirkətlərin tamahkarlıqlarına etiraz ediblər.

Amerikada "İşğal Hərəkatı"nın fəallarının aksiyası dünən Nyu-York Birja Bazarının iş saatının sona çatması ilə eyni zamanda keçirildi.

"99 faizlik Hərəkat" adı ilə də məşhur olan "Wall Street-i İşğal Et! Hərəkatı" özəl şirkətləri Amerikanın siyasi əsaslarında nüfuz etməkdə və həmişə bu ölkənin bir faizlik olan varlı təbəqəsinin xeyrinə əməl etməkdə ittiham edirlər.

İşğal Hərəkatı 2011-ci ilin sentyabr ayında Nyu-Yorkda yarandı və aksiya iştirakçıları tədricən bütün Amerikada özləri üçün düşərgələr yaradaraq, Amerikanın siyasi və iqtisadi quruluşunda əsaslı dəyişikliklərin yaranmasını tələb etdilər. Eyni halda onların istəkləri ABŞ polisinin kəskin repressiyası ilə üzləşdi və polis qüvvələri bu ölkənin təqribən bütün şəhərlərində İşğal Hərəkatının düşərgələrini dağıtdı. Həmçinin bu fəallardan 7 min nəfəri polis qüvvələri tərəfindən həbs edildi.

3 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.