Hind qozunun faydaları
49, Moskva, Venemaa

BÖLÜM: Maraqlı
YAYIM TARİXİ: 20 Dekabr 2013 03:03
Hind qozunun faydaları
Hindistan qozunun (kokosun) həm südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, ishal, qusma, qaz, dizenteriya kimi narahatlıqlara qarşı effektlidir. Qurudulmuş hindistan qozunun enerji dəyəri olduqca yüksək olduğundan bu meyvə doyurucu və mükəmməl qidalandırma funksiyasına görə bəzi meyvələrdən fərqlənir. Həmçinin insan bədənini gücləndirməklə bərabər, kökəldici xüsusiyyəti ilə tanınır. Tərkibində yüksək nisbətdə lakin asanca həzm olunan yağ, amin turşuları və yüksək keyfiyyətdə zülal var. Kalium, natrium, maqnezium, və kükürd baxımından isə olduqca zəngin bir qida hesab olunur. Quru bir kokosun (hind qozu) mədədə olan turşu problemlərinin müalicəsində təsirli olduğu və xəstəyə rahatlama təmin etdiyi bildirilir. Qusmanı yatırmaq üçün digər metodlarla bərabər kokosdan da istifadə edilə bilər. Kokos həm də yaddaşı gücləndirməyə və bərpa etməyə kömək edir.

2 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.