Eh bunu mene hec ki vere bilmez!!!
32, Sumgayit, Aserbaidžaan

Elə bir sevgi istəyirəm ki, içində yalan olmasın.Sonsuz olsun çoxalsın.Daha da sevdikcə,ətrafımı bürüsün bu sevgi.

Elə bir dünya istəyirəm ki, insan deyilən ən qiymətli varlıq öz dəyərini bilsin,öz gözəlliyini ətrafa saçsın.

Elə bir dost istəyirəm ki, canıma can,həyatıma sirdaş, mənə həmişə dəstək olsun

Elə bir gücüm olsun istəyirəm ki,hər kəsdən daha çox işləyə bilim.

Elə bir qabliyyətim olsun istəyirəm ki,gələcəkdə ən yaxşı həyat yoldaşı,ən yaxşı ana,ən yaxşı dost,vətənim üçün layiqli vətəndaş ola bilim.

Ele bir ümidim olsun istəyirəm ki,bu günə qədər etmiş olduğum səhvlər üçün pis fikirlər düşünməyim.Hər şeyə yenidən başlamaq üzrə bağışlana biləcəyimi bilim.

Elə bir anlayışım olsun istəyirəm ki,düşünə bildiyim, tənqid edə bildiyim, inandığım, var olduğum bu
anda bu sözləri söyləyə bildiyim üçün şükr edə bilim.

Ele bir taleyim olsun istəyirəm ki,illər sonra məni xatırlayanlar "hər kəsə yaxşılıq edən, bütün insanları sevən,
o səviyyədə də sevilən bir adam idi " deyə bilsinlər.

Elə bir iradəm olsun istəyirəm ki,bir gün məğlub olub, içimdəki şeytanın dediklərinə doğru yönəlsəm;
bu bir düşüncə isə düşüncəmi, bu bir addım isə ayağımı dayandıra bilim.

Elə bir səbrim olsun istəyirəm ki, mənə nə qədər haqqsızlıq edirlər etsinlər onların səviyyəsinə düşməyim.Düşünə bilim,onların səhvini,həyatdakı səhvləri görüb onlar kimi olmayım.

37 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.