mugami dinleyirem
37, Əzizbəyov, Aserbaidžaan

Ürəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.Həm isti, həm soyuqdan,Həm kölgə, həm işıqdanYaranmış bir xoş aləm…Çarpazlanan əllərimbaşımın altindadır,Təbəssüm dodağımda,qırışlar alnımdadır.Tanrı sarı simindən dönə-dönə səs qopur.Qəm qopur, sevinc qopur,Söz qopur.Dönə-dönə o səslərÜrəyimə tökülür,Könlüm simi titrəyir,inildəyir,sökülür.Kamanın səsi titrək,Kamanın səsi kövrəkGah ucalır, gah kəsir,Gah da coşub, tələsir,Tar səsinin dalınca,Mən xəyala dalıncaDuyuram bahar da var;Payız da var, yaz da var.Dörd fəsli birdən duyub,Bircə anın içində,Üşüyürəm, yanıramHəyəcanın içində.Həm arzu, həm iftixar,Həm təəssüf, həm vüqar,Həm səadət, həm də qəmBirdən hiss eləyirəm.Könlümdə yaz sədası,Könlümdə yaz havası.Könlümdə duyğularınRəngbərəng,Aydın, qəşəngQövsi-qüzehi vardır.Könlümün bir yanı isti,Könlümün bir yanı çiçək,Könlümün bir yanı çisək,Könlümün bir yanı qardır.Səs ucalır, ucalır,Dağları yada salır.Səs qayıdır yerə…Gözə gəlir göy, dərəNeçə yerdən odlayır ürəyimiFüzulinin qəzəli.Arzuları oyadır,Bulaq üstdən qayıdır.Başda – yelənmi tir-tir əsən,Üzdə təbəssümdən – ay.Azərbaycan gözəli.Dünənin dərdi, qəmiBu günə də arzusan,Sabahınsa vüsalı.Bir hiss olubSevinc yaşı, qəm yaşı,Dodaqlarda birləşir.Ürəyim, nə var yenə!Ürək, döyünmə belə!Duyan sən, səs salan sən,Qoy eşidim,Nə olar, bir az yavaş döyünsən!Ürəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.1958

2 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.