mence beledir.be sizce? şərh etməyi unutmayın..
37, Əzizbəyov, Aserbaidžaan

Tumurcuq dərdində olmayan ağac, odundur. İzdihamların başı çox, ağılı yoxdur. Dünya böyük adamların səviyyəsində yaşaya bilməz. Yaxşı ağac asan çatlamaz.Yetişməz; külək nə qədər qüvvətli əsərsə, ağaclar da o qədər möhkəm olar. İnad, iradənin eşşəkliyidir. Həyatın maraqlı yanlarından biri də, ən yaxşının xaricində bir şey qəbul etməyənlərə ümumiyyətlə ən yaxşısını verməsidir. Zaman böyük bir müəllimdir; çox təəssüf ki bütün şagirdlərini öldürər. Günün parlaq işığında görə biləcəyimiz ən uzaq cisim günəşdir, lakin gecənin qaranlığında milyonlarla qat uzaqda olan ulduzları görərik. Xüsusi dünyanızın qaraldığı gələcək səfərdə bunu xatırlayın… Böyük adam, iddiası böyük olan adamdır Hər kəs kimi davranan, özü kimi davrana bilməyənə zəruri olaraq qızar/hirslənər. Uşağına kiçik şeylərdən zövq almasını öyrədən, ona böyük bir sərvət buraxmış olar. Gerçəklər öyrənilincə, zənn etmələr bitər. Bir müzakirədə mütləq son sözü söyləmək istəyirsinizsə, "qanım tərəfindən siz haqlısınız" deməyə çalışın. Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın o etsin, siz etməyin. Sən özünlə başa çıxa bilməyincə, sənin kimi aciz düşmənə kim əhəmiyyət verər? Cəhalət hər vaxt özünə heyran olmağa hazırdır. Abidəyə layiq olanların ona ehtiyacları yoxdur. Geyimlərini özlərinin ən əhəmiyyətli yanı sayanlar ümumiyyətlə geyimlərindən daha qiymətli ola bilməzlər. Cəsarətin bitdiyi yerdə əsarət başlar Övladlarınızı dövrünüz üçün deyil, onların dövrləri üçün yetişdirin. Səhv anlayanlar tərəfindən deyilən bir doğrudan daha pis heç bir yalan yoxdur. İşarələr, çatılacaq hədəfi olanlar üçündür. Yalan atla gedər, gerçək gedər. Lakin yenə də tam zamanında yetişər. Öyrətmək, iki dəfə öyrənmək deməkdir. Eyni göydə uçarlar amma, quzğunun dünyası başqa, şahinin dünyası başqadır. Əsaslı mövzular qarşısında canının sıxılması, kiçik başların xüsusiyyətidir. Çağları tanımaq istəyirsinizsə, çağların alqışladıqlarına baxın. Bir məmləkətin necə idarə olunduğunu anlamaqmı istəyirsiniz; Onun musiqisinə qulaq asın. Harada gözəl əsərlərdən meydana gəlmiş uyğunlaşma vardır, orada ədalət və ərdəm hökm sürər. Bir milləti məhbus etmək istəsəniz, onun musiqisini çürüdün. Doğrunu söyləmək deyil, izah etmək gücdür. Ağıllı insanlara gülmək, dəlilərin imtiyazıdır. Sadə düşüncəli adam, yaxınındakı hər şeyi günahlandırmaqdan zövq alar. Heç bir vaxt, öyüd verərkən olduğumuz qədər comərd deyilik. Başqalarının qüsurlarını dartarkən, barmağıyla tərəzinin qəfəsinə basdırmayan insan çox nadirdir. Ağıllı adam yarışmaz. Beləcə kimsə də onunla yarışmaz. Bir məmləkətdə nə qədər çox qanun və nizam varsa, orada o qədər də çox oğruya və quldura rast gəlinər. Səhv yoldakı çıxışlar da enişdir. Xoşuna gələn hər şeyi söyləyən kimsə, xoşuna gəlməyəcək şeylər eşidər. Qulaqlarımızı da gözlərimi kimi istədiyimiz zaman açıb bağlaya bilsəydik, bu nə böyük bir rəhmət olacaqdı! İman etmək, görünməyənə inanmaqdır. Mükafatı isə görünməyəni görməkdir. Həyatımda heç bir zaman bir ağac qədər gözəl bir şeir görmədim. Şeirləri yazan mənim kimi dəlilərdir. 100 söz ilə ifadə edilə bilməyən bir düşüncəni nə söyləməli nə də yazmalıdır. Əgər bir insan universitetdən çıxdıqdan sonra, öyrənəcəyi daha çox şey olduğunu öyrənə bilmişsə, yüksək təhsil etmənin bir zərəri yoxdur. Oxumadığı bir kitabı mütləq də oxudum deyənlər varsa, o kitab bir müvəffəqiyyətdir. Sabah göz açdırmayacaq olanlar, bu gün göz yumduqlarımızdır.

18 vaatamisi
 
Kommentaarid
GACT 10.12.2013

Günün parlaq işığında görə biləcəyimiz ən uzaq cisim günəşdir, lakin gecənin qaranlığında milyonlarla qat uzaqda olan ulduzları görərik.doqru sozlerdir.

kisi-olun kisi-olun 25.03.2014

mende sef yoxdu)

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.