21.09.2012
Payız
35, Roseau, Dominikaani

Gəl,ey payız,sənlə yarım qalan hesabım var.
Səndə qalan bir canım var,xəzanım var.
Can,ey payız,günahkarsan mənim kimi etmədiyin əməllərdə..
Istəmədən parça-parça azalırsan,gələnlərdə,gedənlərdə...
Sən,ey payız,iniltili gecələrdə,uzaqlardan salam deyən,
NUR,darıxma,varam,deyən,anlayışlı dost kimisən!!
Əllərimdən bərk-bərk tutub,
gözlərimin düz içinə baxıb-baxıb qucaqlayan,
mənimlə birgə ağlayan,
sevincimə ortaq olan "O" kimisən
Daha necə təsvir edim, sənə olan həsrətimi, sənin məndə qalıb, batan,gəmilərə dəniz kimi, ölüm kəsilən dərdimi?!
Mən ki,səni heç sevmirdim,bunu məndən yaxşı bildin,
Şahid oldun, özün gördün səni niyə sevdiyimi,
vasitənlə Allahımın, bu qəlbimə bəxş etdiyi- Sevgilimi...
Indi yenə gəlirsən sən , amma onsuz, onun məndə qalan izin silmək üçün??
Yoxsa onsuz mənim necə olduğumu, bilmək üçün??
Gəl,ey payız, gözləyirəm, səbəbini heç bilmirəm,
bəlkə böyük səhv edirem, amma səni gözləyirəm.
Bir sevginin hüznü ilə, həsrətini gözləyirəm, xəzan olub tökülməkçün.
Hər kəs sevgi gözləyərkən,
Məndə səni gözleyirəm..

5 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.