Atanın qızına təsirli məktubu (mütləq oxuyun)
39, Baku, Aserbaidžaan

Dinimiz "islam" deyənlər buyurun
Atanın qızına təsirli məktubu (mütləq oxuyun)

Ata nə deməkdir ???!!!
İlk dəfə səni qollarına götürəndə , barmaqları sərt gələn?
İlk baxışmada gözyaşı tökə bilmədiyi üçün səni daha az sevən ?
İlk laylanı söyləyən olmadığı üçün layla bilməyən ?
İlk altını dəyişdirən olmadığı üçün qoxunu bəyənməyən ?!!!
Bəli səni ilk dəfə görəndə barmaqlarım sərt idi amma həyat elə öyrətmişdi və bilirsənmi o incə bədənin ağrımasın deyə istədiyim qədər qucaqlaya bilmədim belə... Onsuzda sən də ağlamaya meylli idin bəlkə sərt barmaqlarımı bəhanə edəcəkdin deyə… İlk baxışmada gözyaşı tökmədim sanma. Elə çox ağladım ki... Amma atanı zəif görmə deyə içimə atdım bütün atəş toplarını... Böyüklər kişilər ağlamaz demişdi və mən ağladıqca əslində sənmi böyüksən mənmi bilmədim…
İlk laylanı söyləmək istəyərdim və hazırlamışdım da əvvəldən amma sən tərəfindən də ilk laylanı söyləmək ananın haqqı deyildimi ? Eynilə ilk qoxunu içinə çəkən olmaq, ilk barmaqlarından öpən olmaq, ilk ürəyinə sıxan olmaq, ilk gülümsəyən olmaq, ilk saçı sığallayan olmaq, ilk adı deyilən olmaq, ilk əlindən tutulan olmaq, ilk öpülən olmaq kimi…
Ata olmaq, çox şeydə ilk olmamaqdır qızım... Amma bu səni sevməmək deyil. Mənim də ilk olduğum anlar var))) Məsələn ilk atın məndim, ilk üzünü çəkdiyin, ilk küsdüyün, ilk gizlənpaç oynadığın, ilk qol vurduğun, ilk kürəyində yatdığın, ilk qapıda gözlədiyin, ilk darıxdığın…
Ata olmaq, doğulduğun ilk gündən etibarən gecələri -ananı da oyandırmadan gəlib səni seyr etməkdir. Rahat yat deyə yanına mələklər çağırmaqdır, lazım gəldikdə altını dəyişdirməkdir, nağıllar əzbərləməkdir. Soruşduğun minlərlə suala bezmədən usanmadan cavab verməkdir yenidən və yenidən. Boyama kitablarındakı ağacları sarıya, pişikləri maviyə, qağayıları yaşıla rəngləməkdir və dəvəquşlarına inadla leylək deməkdir sırf sən istədin deyə.
Mənim kimi güldüyünü və ayaqqabılarını mənim bağladığım kimi bağladığını görməkdir... Birlikdə dişlərimizi fırçaladığımızı və saçlarımıza jele çəkdiyimizi hər kəsə söyləməkdir.
Birlikdə dua etməkdir.
Bəlkə də ata olmaq nə olursa olsun və nə etsə etsin sənin üçün həmişə ana ilə müqayisə edilərək ikinci sıraya layiq görülməkdir…amma bir uşaq üçün valideynlikdə ikinci sıra vardırmı??? Sənin üçün olmadığı kimi mən üçün də övladlıqda ikinci sıra yoxdur, əksinə 7 oğlum olsa da sənin yerin başqa olacaq. Kişilər qız uşağı sevmir deyirlər sən inanma... Kim sənin kimi mələk kimi məsum bir varlıgı sevməz?? Bu sadəcə qısqanclıqdı heç bir ata gözünün nurunu başqa bir kişi ilə paylaşmaq istəmir yada anası kimi ikinci bir gözəlin olması istəmir. Sənin sayəndə mən də ananın atasının keçirdiyi hissləri anladım... Sənin sayəndə dünyalar qədər sevdiyim qadının gözəlliyinin yenidən həyata gəldiyini anladım...yaxşıki varsan qızım...

Əməyə hörmət "bəyəndim"(like) edin və paylaşın ki, dostlarınız da oxusun

64 vaatamisi
 
Kommentaarid
Cəsur 29.11.2011

Adeten atalar oz qizlarini daha cox isteyirler Analar ogullarini
bizim ailede beledi

jale--85 jale--85 29.11.2011

Ay seni Cesur yene cavabin ozunemexsus oldu)))

MenYak 30.11.2011

elaaa))

jale--85 jale--85 03.12.2011

Tewekkur edirem

asifisrafilov 01.12.2011

ELLERINE VARLIK

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.