Özün axtararsan imkanın olsa
39, Baku, Aserbaidžaan

Əgər gedirsənsə bu izləri sən,
Arxanda buraxma özünlə apar
Birgün peşman olub,dönmək istəsən,
Məndən bir nişanə çətin ki,qalar..

Demişdim yadında ilk dəfə sənə,
Sözümü xatırla günahkar sanma,
Day secim etmisən,bu gündən belə ,
Adımı dilinə gətirib anma...

Eşitdim şikayət etmisən,O,gün,
Demisən mən onu cox istəmişdim,
Bu idi istəyin,bu idi sevgin ,?
Mənki yaxşı düşün daşın demişdim..

İstədim zəng edəm,nömrəni yığıb,
“ Yesi,, basmağa əlim gəlmədi...
Yenə çəhd eylədim guya karıxıb,
Dedim ki,yığdığım başqa nömrədi...

Bu nə ayrılıqdı,nədə dönüşdü,
Varlığın qanımda canımda qalıb,
Yenə xatirələr yadıma düşdü,
Yuxuya dalmışam fikrinə dalıb..

Bilmirəm bu neçə,eşq məhəbbətdi,
Kimə nə söyləyim,soruşan olsa,
Hmm-larla başladıq,nəysəylə bitdi,
Özün axtararsan imkanın olsa..

MÜƏLLİF :SEYMUR SÖNMƏZ.

6 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.