Əl acdım,tək məni ALLAHım duydu
39, Baku, Aserbaidžaan

Onu sevdiyimi O, bilə - bilə ,

İncitdi sözüylə qəlbimdən vurdu

Baxırdım qoyduğu hərdən rəsminə,

Onuda dəyişdi əğyarı qoydu...

***

Bu qədər insafsız bilməzdim axı,

Cəkdirdi sinəmə silinməz dağı,

Bilmirəm nə iydi,qəsdi-marağı,

Məni diri –diri dərimi soydu...

***

Kərəm bu sevdada yandı eləcə

Məcnun səhralda gəzdi beləcə

İstərdim soruşam sizdən sadəcə,

Eşqin yollarının cəfası buydu ?

***

Ürəkdə varımdı min arzu,bir kam

Məndə eşq dəlisi,aşiq Seymuram,

Dinim İslamdı,kitabım Quran,

Əl acdım,tək məni ALLAHım duydu..

***

MÜƏLLİF:SEYMUR SÖNMƏZ

10 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.