Mənim Duyğularım Belədir Belə
39, Baku, Aserbaidžaan

Gözlərində gözüm var, əllərində əl izim ,
Mən Limanda bir sahil,sənsə coşğun dənizim,
Coxdur sinəmdə sözüm,qulaq assan əzizim,
Nəğmə olub astaca ,qalxacam bəmdən zilə ,
Mənim duyğularım belədir belə

Bu dünyaya sığmayan bir istəyim var mənim,
Üfüqlənər nur sacar daima məhəbbətim ,
Sənsən arzu diləyim,sənsən təkcə istəyim,
Şimşək olub caxacam, ``Hə``ni gətirsən dilə,
Mənim duyğularım belədir belə....

Aramızda söz olar,məndən küsüb incisən,
Yollarına gül düzüb,yazaram gül üzlüsən,
Verərəm bu qəlbimi,cünki sən qəlbimdəsən,
Göyərcinə deyərəm apar bunu, Yar gilə,
Mənim duyğularim belədir belə ....

Eşqim olar əsirin,saf sevginin yolunda,
Həsrəti yox eyləyib,ağ gəlincik donunda,
Seymur gəzdirər səni sevincdən qollarında,
Büsat səsi yayıla, lap bütün aləm bilə...
Mənim duyğularım belədir belə......

MÜƏLLİF:SEYMUR SÖNMƏZ

0 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.