Payızı
yox eylə ,qışı yox eylə,
Bir şirin
kəlam de, şirin söz söylə.
Deyəcəm
qəlbimdən keçəni belə,
Gəl mənim
ömrümə, bir bahar kimi...
...
Yağış
ol,damlana islanım özüm,
O,ipək
telinə mən çələng hörüm.
Deməyə o
qədər varımdı sözüm,
Gəl mənim
ömrümə bir bahar kimi...
...
Başına
çəkmisən örbəyi, şalı,
Qəlbimə
qoymusan sən adlı xalı.
Nolar,
rəhm eylə bir kərə barı,
Gəl mənim
ömrümə bir bahar kimi...
...
Qəlbimdə
istəyim çağlayar coşar,
Könül
səni istər, səni arzular.
Külək ol,
əsginən lap tufan qopar,
Gəl mənim
ömrümə bir bahar kimi...
...
Baxım, o
gözlərə, duyum ətrini,
Astaca,
aramca tutum əlini.
Qışda gəl
yox eylə, çovğunu, çəni,
Gəl
mənim ömrümə bir ,bahar kimi ...
...
Gözlərəm
yolunu, ümüdüm mənim,
Yetişki,
yox olsun kədərim, qəmim.
Diləyi
tək budur Seymur Sönməzin,
Gəl mənim
ömrümə bir ,bahar kimi...
MÜƏLLİF : SEYMUR SÖNMƏZ
09.11.2015
Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!