Dünya  ürəyimi sıxırsan niyə
39, Baku, Aserbaidžaan

Həyat bir məktəbdir,sonu imtahan,
Nələri öyrədir bizlərə zaman.
Bir az bərkə-boşa düşdüyümüz an
Şikayət edirik "zalımsan" deyə,
Dünya,ürəyimi sıxırsan niyə?

Kimi düşkün olar vara- dövlətə,
Kimi tab eyləyər, dözər zillətə.
Bəzənsə yazığım gəlir millətə-
Uyar bir qramlıq azaçıq şeyə,
Sora sarsılaraq baxırsan niyə.

Torpağ tapdalanıb, işqalda qalıb,
Kasıb balasının cəsədin alıb.
Nazır yuxarıda çox lovğalanıb,
Niyə boşboğaza duran yox yiyə?
Can şəhid Atası, yanırsan niyə?

Məhəbbət tamaşa, sevgi oyuncaq,
"Sevirəm" söyləyir yalandan ancaq.
Qalmayıb mərifət, nə də qanacaq,
Car çəkib "Məcnunam, bax" deyə-deyə,
Sonradan eşqini danırsan niyə?

Çoxalıb yazarlar, şairlər artıb,
Təxəllüs götürüb özlərin dartıb.
Məna yox,amma ki, sözlərdi yığıb,
Biri də götürüb oxuyur ayə,
Mənasız-mənasız baxırsan niyə?

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
23.05.2018

15 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.