Albert Eynşteyn
32, Sumgayit, Aserbaidžaan

Professor dərsdə tələbənin birinə
sual verir:
- Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah
yaradıb.
-Allah hər şeyi, həəər şeyi
yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
- Deməli əgər hər şeyi Allah
yaradıbsa, deməli şəri də Allah
yaradıb. Əgər nəzərə alsaq ki,
bizim gördüklərimiz, əməllərimiz
bizim kimliyimizi təyin edir, belə
çıxır ki, Allah özü şərdir. Düz
deyirəm?
Çaşıb qalan tələbə cavab verməyə
çətinlik çəkdi. Bundan xoşhallanan
professor, gülümsədi və sevindi ki,
öz fikirlərini necə də asan sübut
edə bildi. Bu zaman tələbələrdən
biri əlini qaldırıb, söz istədi:
- Professor, sizə sual vermək olar?
-Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcüddür?
-Bu nə sualdır? Əlbəttə
mövcuddur, sənə heç vaxt soyuq
olmayıb?
Professorun bu tip cavabına
otaqda olan digər tələbələr gülsə
də, həmən tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində
soyuq deyilən bir şey mövcud
deyil. Fizikanın qanunlarına
əsasən, bizim soyuq saydığımız,
əslində istiliyin olmaması
deməkdir. 0 dərəcə Selsidə istiliyin
tam yox olması, ətraf mühütün
reaksiyasının aşağı düşməsi
istiliyin olmaması deməkdir ki, biz
buna ad qoyub, soyuq deyirik.
Tələbə davam etdi:
-Professor, bəs qaranlıq
mövcuddur?
-Əlbəttə mövcuddur.
- Professor, siz yenə səhv
edirsiniz. Qaranlıq məvhumu
əslində işığın olmamasına deyilir.
Siz işıqlığı ölçə bilərsiniz, onun
gurluğunu ölçə bilərsiniz, amma
qaranlığın yox. çünki qaranlıq
artıq özü-özlüyündə işığın sıfıra
bərabər olması deməkdir.
Sonda tələbə bir daha sual verdi:
- Professor, bəs şər qüvvələr, şər
özü mövcüddür?
- Əlbəttə, mən özüm bir az öncə
bunu sübut etdim.
Buna cavab olaraq tələbə:
- Yox,yenə səhvsiniz. Əslində şər
öz-özlüyündə heçdir. ŞƏR
ALLAHSIZLIQ DEMƏKDİR. Bu
qaranlığa bənzəyir, haradakı işıq
yoxdur, deyirik ora qaranlıqdır. Bu
soyuğa bənzəyir, haradakı ki istilik
yoxdur, deyirik soyuqdur. Eləcə də,
ALLAHSIZ qəlbli insanlara şər
insanlar deyirik. Sevgi olmayan
qəlblərə, boş qəlblərə şər deyilir,
proffessor! Belə çıxır ki, şər özü
sübut edir ki, Allah var!
Bu tələbənin adı Albert Eynşteyn idi

27 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.