Sənin saçlarının qoxusu bəsdi..
25, Sumgayit, Aserbaidžaan

Baharsan, bölmüsən qış yuxusunu,
Sən gəldin, küləklər səsini kəsdi..
Çoxdan unutmuşam gül qoxusunu,
Sənin saçlarının qoxusu bəsdi..

Gözlərim səninlə güləcək mənim,
Bircə an olmasan darıxacağam..
Gülü olacaqsan sən ürəyimin,
Başına güllərdən tac taxacağam..
Sənin saçlarının qoxusu bəsdi

Birgə keçəcəyik sənlə nələri,
Gözlərin hər səhər mənə dəyəcək..
Saçına yağsa da qar dənələri
Əllərin əlimdə üşüməyəcək..
Sənin saçlarının qoxusu bəsdi

8 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.