Tozlanmış düşüncələrim.
29, Yasamal, Aserbaidžaan

İşdən gec çıxanda havaya baxıram, xoşdursa, əlimi belimdə çarpazlayıb yolun qırağı ilə Yasamala doğru üz tuturam, küləklidirsə, acıdırsa, yaxınlıqdakı gecə avtobusukörpünün sonundakı beton dirəyin arxasına daldalanıb 94 nömrəli avtobusu gözləyirəm. Yolum çox uzaq olmasa da, bəzən elə olur ki, səhər mindiyim avtobusla da axşam geri dönürəm. Avtobusları bir-birindən ayırd edə bilməsəm də, sürücülərin sifəti yadımda qalır. Nədənsə mənə elə gəlir ki, avtobuslar səhər bir cür olurlar, axşam başqa cür. Bəlkə də, bu duyğunun avtobuslarla hər hansı əlaqəsi yoxdur, sərnişinlərin ovqatı ilə bağlıdır. Səhər sərnişinlər həyəcanlı olurlar, əsəbi olurlar, ucadan danışırlar, axşamsa sakit, həlim, yorğun. Sanki adamlar səhər evdən uşaq şıltaqlığı ilə çıxıb axşam qoca müdrikliyi ilə geri dönürlər, bir gündə bir ömür yaşayırlar.

3 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.