Kasutaja Divergent päevik

Divergent
29, Sumgayit, Aserbaidžaan

20.07.2015

İndi ən böyük arzundur insan olmamaq. Amma insan
olaraq, etdiyim günahların çiynində gedirəm qəbrə.
Balaca, qaranlıq, dar otaq. Son ümidin qırıntıları tökülüb
bu otağa. Yalvarıram ALLAHa. Amma heç günahlarımın
bağışlanacağına da inanmıram.
Budurmu son ?
Amma ayılıram.
Yaxşı ki, bu yuxudur... Amma yenə də insanam. Etdiyim
günahların ağrıları məni rahat buraxmır. Bezmişəm artıq.
Bezmişəm şeytanın yalanlarına göstərdiyim zəiflikdən. Öz
otağımdan da, tənhalıqdan da bezmişəm. Onlar da
məndən bezib. Ən yaxın dostlarım da bezib məndən.
Qaranlıq otağım. Günəşin gətirdiyi işıqları qara pərdələr
içəri buraxmır. Vaxtın nece keçdiyini, günəşin nə vaxt
çıxıb, nə vaxt batdığını bilmirəm.
Artıq səbr eləməyə də səbrim qalmayıb. Tənhalığın
yaratdığı pessimizmin izləri damarlarımdadır. Son
məqaləmi
yazdığımköhnə kağızın üstünə damarlardan tökülən qan
və Budur son !!!



20.07.2015

Bir gün məhşur bir psixoloq belə bir təcrübə keçirir.
Dərsində oturan tələbələrə cibindən 100 dollar çıxarıb deyir:
- Kim istəyir bu pulu ?
Bütün tələbələr əlini qaldırır.
Onda psixoloq pulu ovucuna qoyub yaxşıca əzir, sonra əzilmiş pulu tələbələrə göstərib deyir.
- Bəs bunu kim istəyir, əlini qaldırsın ?
Tələbələr yenə də hamısı əlini qaldırıb gülümsəyirlər.
Daha sonra psixoloq pulu yerə atıb tozlu döşəmədə bir neçə dəfə onu tapdalayır və çirk içində olan dolları qaldırıb deyir:
-Bəs bunu kim istəyir ?
Yenədə bütün tələbələr əlini qaldırır.
Çünki nə günə düşsə də 100 dollar öz dəyərini itirməmişdi.
Onda psixoloq tələbələrə deyir:
-Baxın, siz hamınız…


Bir ovçunun dediklərindən:

-Bu günlərdə ova getmişdim. Canavar yuvasını tez tapdım. Ana canavarı yerindəcə güllələdim, onun balalrını isə itim gəmirdi. Axşam bu hadisəni evdə və dostlarla oturduğum kafedə həvəslə danışırdım. Səhərisi gün həyətdəki hay-küyə və itin zingiltisinə yuxudan oyandım və tez həyətə qaçdım. Gördüyüm mənzərə məni dəhşətə
gətirdi.Həyətdə böyük bir canavar var idi, itim qorxusundan tövlənin dibinə qısılmışdı. Canavarın yanında isə mənim iki yaşlı qızım durub, onun quyruğu ilə oynayırdı. O təhlükəni hiss etmirdi. Mən qızıma heç nə ilə kömək edə bilmirdim. O məhv elədiyim ailəsinin intiqamını almağa gəlmişdi. Canavarla gözlərimiz sataşdı. Мən az qala ona yalvarmağa başlayırdım:"Qızıma dəymə, onun əvəzinə məni…


"Hindistan' da yüksək bir dağın başında tikilmiş
"MİN AYNALI MƏBƏD" adlı görkəmli bir məbəd
vardı. Günlərdən bir gün bir it dağa dırmaşdı,
məbədin nərdivanlarından çıxaraq "MİN AYNALI
MƏBƏD " a girdi. Məbədin min aynalı salonuna
keçdiyində min dənə it gördü. Qorxaraq tüklərini
qabartdı, quyruğunu qıçlarının arasına sıxışdırdı,
qorxuducu xırıltılar çıxararaq dişlərini göstərdi. Və
min it də tüklərini qabartdılar, quyruqlarını
qıçlarının arasına alıb qorxunc səslər çıxardıb
dişlərini göstərdilər, İt çaxnaşmaya qapılaraq
məbəddən qaçdı. Və o andan etibarən bütün
dünyanın təhlükəli, qorxunc itlərlə dolu olduğuna
inandı. Bir müddət sonra bir başqa it gəlib dağa
dırmaşdı. O da məbədin nərdivanlarından çıxıb
"MİN AYNALI MƏBƏD " a girdi. Məbədin min
aynalı salonuna gəldiyində min dənə itlə qarşılaşdı
və çox sevindi. Quyruğunu…


20.07.2015

Əflatuna soruşulan iki sual!
Əflatuna ilk olaraq, “İnsan oğlunun
sizi ən çox təəccübləndirən iki
davranışı nədir?” - deyə soruşulur.
Əflatun tək-tək sadalayır:
- Uşaqlıqdan sıxılarlar və böyümək
üçün tələsərlər, ancaq böyüdükləri
zaman uşaqlıqlarına
qayıtmaq istəyərlər;
- Pul qazanmaq üçün sağlamlıqlarını
itirərlər, amma sağlamlıqlarını
geri almaq üçün də pul
ödəyirlər.
- Sabahlarından narahatlıq keçirərkən
bu günü unudarlar. Lakin
nəticədə, nə bu günü, nə də sabahı
yaşayarlar.
- Heç ölməyəcək kimi yaşayarlar,
ancaq heç yaşamamış kimi
ölərlər.
Növbə gəlir ikinci suala: - "Yaxşı siz
nə məsləhət görürsünüz?"
Müdrik yenə sadalamış:
- Kimsəyə özünüzü sevdirməyə
çalışmayın, edilməsi lazım olan
tək şey, yalnız özünüzü "sevilməyə"
buraxmaqdır.
- Əsas şey həyatda "ən çox şeyə
sahib olmaq" deyil, "ən az şeyə"
ehtiyac hiss etməkdir...



20.07.2015

Ər: Əsr namazını qılmısan?
Zövcə: Xeyr...
Ər: Nə üçün?
Zövcə: İşdən yorğun gəldim, bir az dincəldim.
Ər: Yaxşı get indi İşa namazının vaxtı girməmiş Əsr
və Məğribi qıl.
Növbəti gün... Ər ezamiyyətə yola düşür. Adəti
üzrə bir-neçə saat sonra o zövcəsinə ya
telefonla, ya da mesajla çatması barədə xəbər
verməli idi. Lakin zövcəyə zəng gəlmir. Zövcə
narahat olur, özü zəng edir. Ancaq əri telefonu
götürmür. Bir az keçir yenə zəng edir, yenə də
cavab vermir. Axı belə olmamalı idi. Narahat
olmağa başlayır. Bir-neçə dəf�� zəng edir,
cavab verilmir. Bir neçə saat sonra ər özü zəng
vurur. Zövcə telefonu götürür.
Zövcə: Sən çatmısan? Hər şey qaydasındadır!!?
Ər: Hə, çatmışam, əlhəmdulilləh,hər şey yaxşıdır.
Zövcə: Nə vaxt çatmısan?
Ər: 4 saat əvvəl.
Zövcə…


20.07.2015

İmam Hüseyn (ə)- Ərəfə gününün duasında buyurur :
«İlahi! Özün tərəfindən gəlbimə elə bir qorxu sal ki,sanki Səni görürəm.Təqva və Özündən qorxu vasitəsi ilə məni xoşbəxt et, günah və itaətsizliklə məni bədbəxt etmə.» (Biharul-Ənvar, c.98, səh. 218 , hədis 19)



20.07.2015

Hz.Əli (ə) :"Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan?
Allahın rəsulu (s) buyrudu: - Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:
1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.
2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.
3. Bir qadını sinəsindən asmışdılar.
4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.
5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə…


15.06.2015

Bonusum Qutardi Mesaj yaza bilmriem


14.06.2015

Hec cixardada bilmirem dosltuqdan 20 xal izsitiyr bawim cixmadi


← eelmine 1 2 järgmine
Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.