20.07.2015
DeyerLi inSan
29, Sumgayit, Aserbaidžaan

Bir gün məhşur bir psixoloq belə bir təcrübə keçirir.
Dərsində oturan tələbələrə cibindən 100 dollar çıxarıb deyir:
- Kim istəyir bu pulu ?
Bütün tələbələr əlini qaldırır.
Onda psixoloq pulu ovucuna qoyub yaxşıca əzir, sonra əzilmiş pulu tələbələrə göstərib deyir.
- Bəs bunu kim istəyir, əlini qaldırsın ?
Tələbələr yenə də hamısı əlini qaldırıb gülümsəyirlər.
Daha sonra psixoloq pulu yerə atıb tozlu döşəmədə bir neçə dəfə onu tapdalayır və çirk içində olan dolları qaldırıb deyir:
-Bəs bunu kim istəyir ?
Yenədə bütün tələbələr əlini qaldırır.
Çünki nə günə düşsə də 100 dollar öz dəyərini itirməmişdi.
Onda psixoloq tələbələrə deyir:
-Baxın, siz hamınız bu pul kimisiniz, nə qədər sizi əzsələr də, ləkələsələr də, yerə tullasalar da siz öz dəyərinizi itirmirsiniz ! Siz insansız və hər şeyə qadirsiniz...


10 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.